Məşhur futbolçu koronavirusa yoluxdu

  • 2020.09.08 07:32
  • 2015 Baxış
Məşhur futbolçu  koronavirusa yoluxdu
Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, Fransa Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, onun koronavirus testi müsbət çıxıb. Bu səbəbdən 21 yaşlı hücumçunun UEFA Millətlər Liqasında Xorvatiya ilə oyun üçün heyətdən kənarlaşdırıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl PSJ-dən Neymar, Mauro İkardo, Anxel di Mariya və Leandro Paredesin koronavirusa yoluxduğu açıqlanmışdı.