Məşhur müğənni zəncirotunun faydalarından danışdı

  • 2020.02.09 16:06
  • 6004 Baxış
Məşhur müğənni zəncirotunun   faydalarından danışdı
Amerikalı müğənni Ceyson Mraz zəncirotunun sağlamlıq üçün faydalarından danışıb.

Medicina.az xəbər verir ki, müğənni bu bitkini tərifləməkdən yorulmayıb. Belə ki, son zamanlar bəstəkar kimi fəaliyyət göstərən Ceyson həm də fermer kimi özünü sınayır. O, sosial mediada bu fəaliyyəti ilə bağlı hesab açaraq faydalı məlumatlar paylaşır. Onun paylaşımlarından biri də, zəncirotudur.

Müğənni, zəncirotunu dünyanın ən yararlı, qida dəyəri yüksək bitkilərindən hesab edir. Bu bitkini ziyanlı bilib öz ərazilərindən sökənlərin yerinə, bütün ərazilərə yayamağı tövsiyə edib.


"Bu bitki bütünlüklə yeyilə bilər. Ehtiyacımız olan bütün vitaminlər bu bitkidə var. Onun tərkibində banandan daha çox potasium, yer kökündən daha çox beta-karoten və ispanaqdan daha çox dəmir var.