Məşhur parfumeriya şəbəkəsi müştərilərə vaxtı keçmiş kremlər hədiyyə edir - FOTOLAR

  • 2019.05.06 14:52
  • 10468 Baxış
Məşhur parfumeriya şəbəkəsi müştərilərə vaxtı keçmiş kremlər hədiyyə edir -  FOTOLAR
Bakıda məşhur Sabina Perfumery Cosmetics şirkətlərinin mağazasında müştəriyə alış-veriş müqabilində hədiyyə verilən krem istifadə müddəti bitmiş çıxıb.


Medicina.az xəbər verir ki, müştəri bu barədə şikayətini sosial şəbəkələrdə yazıb. Belə ki, 5-ci gün Nizami küçəsindəki filialında alış-veriş edən xanıma hədiyyə olaraq üz kremi veriblər və kremi paketə qoyublar.


Müştəri bu aksiyadan sevinib, lakin onun sevinci uzun çəkməyib. Evdə kremin tarixinə baxdıqda onun istifadə vaxtının 2018-ci ilin iyul ayında bitdiyini görüb.

 

Müştəri kremi mağazaya qaytarıb, məsələni aydınlaşdıracağını, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət edəcəyini bildirib.

 

Məşhur parfumeriya şəbəkəsi müştərilərə vaxtı keçmiş kremlər hədiyyə edir -  FOTOLAR