Məşhur cərrah vəzifəyə təyin olundu

  • 2023.02.17 18:14
  • 3190 Baxış
Məşhur cərrah vəzifəyə təyin olundu

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoruna müalicə işləri üzrə yeni müavin təyin olunub.

"Medicina" xəbər verir ki, bu vəzifəni ATU-nun III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov icra edəcək.

Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilin təqdimatı əsasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli müvafiq əmr imzalayıb.