Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur türk alimdən Ukrayna tibbinə böyük DƏSTƏK

  • 2021.09.30 12:39
  • 2260 Baxış
Məşhur türk alimdən Ukrayna tibbinə böyük  DƏSTƏK

Transplantasiya sahəsinin canlı əfsanəsi, Başkənd Universitetinin qurucusu, professor Mehmet Haberal Ukrayna tibbinə böyük dəstək verəcək.

Medicina.az xəbər verir ki, o, Ukraynanın ən böyük transplantasiya kafedrasını qurmaq qərarına gəlib.

Bundan ötrü Mehmet Haberal oktyabr ayının 15-də A.A Bogomolets universitetinin dəvəti ilə Kiyevə səfər edəcək və “Ukrayna-Türkiyə elmi-praktik konfrans – “Transplantasiya” adlı böyük tədbirə qatılacaq.

Türkiyənin, Ukraynanın bu sahə üzrə tanınmış alimlərinin qatılacağı konfransda Azərbaycandan transplantoloqları da onlayn şəkildə iştirak edəcək.

Qeyd edək ki, kafedranın əsasının qoyulması mərasimini Medicina.az -ın əməkdaşları da izləyəcək və bununla bağlı geniş materiallar təqdim edəcək.