Məşqdən əvvəl enerji içkisi içmək qanda laxtalanma riskini artırır.
Qan laxtaları zədə və ya kəsiklərə cavab olaraq əmələ gələn bərkimiş kütlədir. Qan laxtalanmaları da əsaslı səbəb olmadan əmələ gəlsə və təbii şəkildə həll olunmasa təhlükəli ola bilər.
“Medicina” xəbər verir ki, kardioloq Oleq Varfolomeyev intensiv məşq edənləri xəbərdar edib.
"Kofein məşqdən əvvəl içilən içkilərin əsasını təşkil edir, çünki o, enerji və konsentrasiyanı artırır.
Lakin bu, arzuolunmaz nəticələrə səbəb ola bilər. Kofein içmək intensiv məşq seansları zamanı qanın laxtalanmasını artırır.
Məşqdən əvvəl bir içki içmək insult riskini yüksəldir.
Alimlər bu nəticəyə gəlmək orta yaşı 23 və bədən kütləsi indeksi normal olan 48 gənc kişi üçün iki məşq keçirib.
Tədqiqat iştirakçılarına stasionar velosipeddə məşq etməzdən əvvəl içki verilib, əvvəlcə plasebo, sonra kofeinli içki. Daha sonra onların qanından analiz götürülüb.
Kofein qəbul etdikdən sonra laxtalanma səviyyələri əhəmiyyətli dərəcədə yüksək olub, tədqiqat iştirakçılarında infarkt, insult, dərin damar trombozu və ya ağciyər emboliyası kimi riskləri artırıb.
Ona görə də idmançılar və fitnes zala gedənlər kofeinli içkilər içməməlidir”.
Aygün Musayeva