Metabolik sindrom nədir - Kimlərdə yaranır?

  • 2021.10.13 18:10
  • 10434 Baxış
Metabolik sindrom nədir   - Kimlərdə yaranır?

Metabolik sindrom ağır qan damar xəstəliklərinin inkişafında əsas risk faktorudur.

Kompleks patologiyadir,özündə nəyi birləşdirir:

-Piylənmə,
-Arterial hipertoniya,
-Şəkərli diabet,
-hiperlipedimiya.

Səbəbləri:
İrsi,
Qeyri-düzgün qidalanma (tez həzm olunan sadə şəkər,doymuş yağ turşuları,qeyri-stabil qidalanma),
Hərəkətsizlik

Bu cür həyat tərzi metabolizmin pozulmasına və artıq çəkinin yaranmasına,qana tez -tez insulin ifraz olunmasına səbəb olmaqla,insulin dirəncinə gətirib çıxarır.İnsulinin bildiyimiz qlukozanın parçalanmasından başqa digər mənfi xüsusiyyəti var:

-Qan damarlarının daxili qatını zədələyir
-Ateroskleroz,

-Ürəyin işemik xəstəlikləri,
-İnsult,

-Trombozlara qədər yer alır.

-Müalicəsinə kompleks yanaşılmalıdır,əlbəttə ki,qidalanma,həyat tərzinin düzgün istiqamətdə dəyişdirilməsi,xronik iltihabın inteqrativ üsullarla aradan qaldırılmasına yönəldilməlidir.