Metro nə vaxt açılacaq?

  • 2020.10.30 17:24
  • 4643 Baxış
Metro nə vaxt açılacaq?

Metro nə vaxt açıla bilər? - Mətbuat katibi aydınlıq gətirdiMetroda sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

Medicina.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən sonuncu qərara əsasən, metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti dekabrın 1-dək uzadılıb.

Mətbuat katibinin sözlərinə görə, metronun müəyyən edilmiş müddətdən daha tez, yaxud daha gec açılması yoluxma sayındakı dinamikadan asılı olacaq.