Meymun B virusuna yoluxaraq öldü - Çindən qorxunc XƏBƏR

  • 2021.07.23 12:06
  • 1815 Baxış
Meymun B virusuna yoluxaraq öldü -  Çindən qorxunc XƏBƏR
Çində 1 nəfərdə ölümcül meymun B virusu aşkarlanıb.


Medicina.az xəbər verir ki, xəstə 53 yaşlı bir baytar olub və virusa yoluxduqdan sonra ölüb.

Belə ki, həmin şəxs mart ayında çalışma üçün iki ölü meymun üzərində araşdırma aparıb. Qısa müddətdə xəstəliyə yoluxan 53 yaşlı şəxs daha sonra xəstəxanaya müraciət etsə də vəfat edib. Ölən şəxs meymunlar üzərində araşdırma apardıqdan sonra yüksək temperatur və qusma əlamətləri yaşayıb.

Ölümcül meymun virusu Çində ilk yoluxma olaraq tarixə keçib. Rəsmilər artıq bununla bağlı insanlara xəbərdarlıq da ediblər.

Qeyd edək ki, virusun simptomları arasında ürəkbulanma, qusma, temperatur, baş, əzələ ağrısı və qaşınmalar yer alır. Bu əlamətlər ilk aydan özünü göstərir.