Meymunçiçəyində səpkilər ilk üzdə çıxır - Baş infeksionist

  • 2022.07.21 17:11
  • 2835 Baxış
Meymunçiçəyində səpkilər ilk üzdə çıxır  - Baş infeksionist

Meymunçiçəyinin əlamətləri iki qrupa bölünür. Birinci mərhələyə, hərarətin yüksəlməsi, ümumi halsızlıq, əzələlərdə ağrı olur. 2-3 gün ərzində xəstəliyə xas olan səpgilər meydana gəlir. Səpgilər ləkələrdən başlayır, getdikcə suluğa çevrilir, suluq partlayır və yara əmələ gəlir.

Bu müddət ərzində insan ətraf-mühit üçün müyyən təhlükə yardır. Bu cür səpgilərlə gedən xəstəliklər çoxdur. Onların bir qismi yoluxucu, bir qismi isə dəri xəstəlikləridir. Hansı xəstəlik olduğunu insan özü müəyyən edə bilmir. Meymunçiçəyində 90 faiz hallarda səpgilər birinci üzdə formalaşır, o cümlədən ovuc içində və ayaqların altında rast gəlinir. Bu əlamətlər varsa, insan birinci növbədə özünü təcrid etməlidir.

Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib


“İnsanlar xəstəliyin əsas aparıcı əlamətlərindən xəbərdar olmalıdır. Meymunçiçəyi yeni xəstəlik deyil, 1958-ci ildə meymunlarda təsadüf olunub. 1970-ci ildə ilk insan xəstələnməsi qeydə alınıb. O vaxtlar xəstəlik meymunlardan insanlara keçirdi. İnsandan-insana ötürülməsi hallarına rast gəlinsə də, çox davam etmirdi. 5-6 zəncirdən sonra infeksiya lokallaşırdı. Hazırda dövrdə infeksiyanın geniş yayılması onu deməyə əsas verir ki, bu virus mutasiyaya uğradığı üçün hava damcı yolu ilə yayılması sürətlənib. Digər tərəfdən infeksiyanın yayılmasını təmasın olması ilə izah etmək olar. Yoluxmuş insanların yatağına, istifadə etdiyi əşyalarına, geyindiyi paltarlara və sairə toxunmaq yolu ilə də yoluxmaq mümkündür. Lakin bunun üçün də sıx və uzunmüddətli təmas lazımdır ki, yoluxma halları baş versin”.