Meymunçiçəyinə yoluxma sayı 50 mini ötdü

  • 2022.09.01 08:52
  • 1457 Baxış
Meymunçiçəyinə yoluxma sayı  50 mini ötdü
Dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 50 min nəfəri keçib.



Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.



Bildirilib ki, son yeddi gündə xəstəliyə 6 mindən çox yeni yoluxma halı aşkar edilib. Ümumilikdə indiyədək 50 496 nəfər meymunçiçəyi virusuna yoluxub, 16 nəfər ölüb.



Ən çox yoluxma halı ABŞ-da (17,994) qeydə alınıb. Növbəti yerlərdə İspaniya (6543), Braziliya (4693), Fransa (3547), Almaniya (3467), Böyük Britaniya (3413), Peru (1463), Kanada (1228), Niderland (1160) və Portuqaliya (846) qərarlaşıb.