Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bajur rayonunda meymunçiçəyi xəstəliyinə yoluxma hallarının artması ilə əlaqədar 12 günlük karantin rejimi elan edilib.
Medicina.az xəbər verir ki, son üç ildə bölgədə 17 meymunçiçəyinə yoluxma aşkar edildikdən sonra bağlanma bu həftə qüvvəyə minib.
Bildirilib ki, yoluxmanın əksəriyyəti epidemiyanın müşahidə olunduğu ölkələrdən gələn insanlarla bağlıdır.
Regional administrasiya virusun yayılmasının qarşısını almaq əraziyə bütün giriş-çıxış məntəqələrini bağlayıb.
"Yalnız bazarlar, apteklər, mağazalar və təcili yardım xidmətləri kimi əsas xidmətlər açıq qalacaq", - məlumatda deyilir.
Səlahiyyətlilər, karantin qaydalarını pozan hər kəsə qarşı hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.
Yerli əhalini evdə qalmağa, səhiyyə qrupları ilə əməkdaşlıq etməyə və qaydalara əməl etməyə çağırılıb.
Aygün
Medicina.az