Meymunçiçəyinin adı yenə DƏYİŞDİRİLİR

  • 2022.08.13 14:45
  • 2106 Baxış
Meymunçiçəyinin adı yenə  DƏYİŞDİRİLİR
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin adını dəyişdirmək qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST bu addımı xəstəliyinin adının alçaldıcı və ya irqçi sayıla biləcəyindən narahat olaraq atır.

Xəstəliyin iki növünün və ya növlərinin adı artıq dəyişdirilib. Meymun çiçəyi üçün ümumi yeni adın nə vaxt açıqlanacağı dəqiqləşdirməyib.


Hazırda xəstəliyin adı coğrafi ərazilərlə deyil, Roma rəqəmlərindən istifadə edilərk adlandırılır. Əvvəllər Konqo Hövzəsi xəstəliyi kimi tanınan xəstəliyin bir variantı indi “Clade I” kimi tanınacaq. Qərbi Afrika çeşidi isə “Clade II” kimi tanınacaq.

Xatırladaq ki, meymun çiçəyi termini ilk dəfə 1958-ci ildə istifadə edilib.

May ayından avqustun ortalarına qədər bütün dünyada 31 000-dən çox meymun çiçəyi hadisəsi aşkar edilib. Bu xəstəlikdən İspaniyada ölüm qeydə alınıb. Bu, Avropada sözügedən xəstəlikdən məlum olan ilk ölüm hadisəsidir.