Meyxanaçı Kərimin vəziyyəti ağırlaşdı

  • 2021.09.07 10:41
  • 2382 Baxış
Meyxanaçı Kərimin  vəziyyəti ağırlaşdı
Meyxanaçı Kərimin səhhəti yaxşı deyil.

Medicina.az Lent.az -a istinadla xəbər verir ki, bu barədə meyxanaçının oğlu məlumat verib.

“Atam yataq vəziyyətindədir. Kimsə danışdırmasa danışmır. Həkimlər evə gəlir, müalicə yazıb gedirlər. Amma deyirlər ki, keçirdiyi xəstəlik ağırdır, ona görə də beyni özünü cəmləyə bilmir. Onun sağalması üçün möcüzə lazımdır. Ümid Allahadır”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.