Milli Məclisdə Azərbaycanda Covid-19 müzakirə olundu

  • 2021.10.07 15:42
  • 1167 Baxış
Milli Məclisdə Azərbaycanda Covid-19 müzakirə olundu


Milli Məclisin Səhiyyə komitəsində ölkəmizdə COVID-19-la bağlı mövcud vəziyyət müzakirə olunub


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən dinləmələrdə iştirak ediblər.

Medicina.az xəbər verir ki, dinləmələrdə ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər müzakirə olunub.

İclasa, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Səhiyyə komitəsinin sədrinin müavini Adil Əliyev, komitə sədrləri, deputatlar, səhiyyə nazirinin müavini Viktor Qasımov, eləcə də Səhiyyə Nazirliyi və TƏBİB-in digər məsul əməkdaşları qatılıblar.