Milli Onkologiya Mərkəzi bağlanıb? - RƏSMİ AÇIQLAMA

  • 2020.03.14 16:19
  • 4087 Baxış
Milli Onkologiya Mərkəzi bağlanıb? -   RƏSMİ AÇIQLAMA
“Milli Onkologiya Mərkəzinin bağlanmasına dair yayılan məlumatlar əsassızdır”.

Medicina.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli mərkəzin bağlanmasına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.


O bildirib ki, insanlara yalan informasiya verib, təlaşdırmaq lazım deyil:

“Bu məlumatları kim və hansı məqsədlə yayır, başa düşə bilmirəm. Milli Onkologiya Mərkəzində həkim kollektivi hər zamankı qaydada işlərinə davam edir. Ötən gün Nazirlər Kabineti COVID-19 təhlükəsi ilə bağlı ölkə ərazisində aylıq xüsusi rejimin tətbiqi ilə bağlı qərar qəbul edib. Tək biz yox, bütün tibb müəssisələrində qərara uyğun olaraq müvafiq tədbirlər görülür.

Mərkəzdə xəstələr evə buraxılmayıb. Müalicələrini mərkəzdə davam etdirirlər. Sadəcə olaraq, xəstə ziyarətini məhdudlaşdırmışıq. Bu, bizim yox, Nazirlər Kabinetinin qərarıdır”.