Milli qəhrəman xərçəngdən vəfat etdi

  • 2022.10.26 14:35
  • 1106 Baxış
Milli qəhrəman xərçəngdən vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 72 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

"Medicina" xəbər verir ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində anadan olmuşdu. O, Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak etmiş, 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü.


O, 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdu.

Allah rəhmət eləsin!