Mingəçevirdə həkim cərrah vəfat etdi

  • 2023.01.16 17:35
  • 1661 Baxış
Mingəçevirdə həkim cərrah vəfat etdi

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi, ümumi cərrah Tofiq Balakişiyev uzun sürən ağır xəstəlikdən 67 yaşında dünyasını dəyişib.



"Medicina" xəbər verir ki, Tofiq Balakişiyev 1956-cı il tarixində Mingəçevir şəhərində anadan olub. 1980-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə profilaktika fakültəsində təhsil alıb.

1984-1986-cı illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasında tibb qardaşı işləyib. 1987-1988-ci illərdə Mingəçevir ŞMX-nın Cərrahiyyə şöbəsində internatura keçib və 1989-cu ildən etibarən həmin şöbədə həkim cərrah kimi fəaliyyətə başlayıb. 1993-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvü idi.

Allah rəhmət eləsin
Mingəçevirdə həkim cərrah vəfat etdi