Miqrenlə baş ağrısının 4 fərqi

  • 22 Noy 2021 17:36
  • 719 Baxış
Miqrenlə baş ağrısının 4 fərqi


Baş ağrılarının 300- ə qədər tipi var. Ən geniş yayılmışı birincili, gərginlik baş ağrıları və miqrendir.

Medicina.az xəbər verir ki, həkim Hanna Brey miqrenlə baş ağrısının əsas fərqlərini açıqlayıb.

Miqren gərginlik baş ağrılarına nisbətən daha seyrək rast gəlinir. Hazırda əhalinin 12-15%-də miqren var.

1. Miqrendə ağrı daha ildırım kimi kəskin, küt, dözülməz olur. Baş ağrısı ilə işə getmək, nəsə etmək mümkündürsə, miqren zamanı xəstə bir otağa çəkilib, sakitlikdə uzanmaq, yatmaqdan başqa bir şey istəmir. Miqrendə baş, gichah döyünür, ağrı birdən yüksəlir, birdən azalır, sanki başın üstündən eyni yerə çəkiclə vururlar.

2. Ağrının yeri – Miqrendə ağrı başın, üzün bir tərəfində - sağ və ya sol olur, adətən başın arxasında və ya alında başlayır sonra bir tərəfə keçir.

3. Ən böyük fərq miqrendə xəstə başda ağrıdan başqa digər yanaşı simptomlar da hiss edir. Ürəkbulanma, qusma, səsə, işığa qarşı qıcıqlanma, göz ağrısı, hərəkət zamanı özünü pis hiss etmək, köp və s.

4. Miqren üçlü siniri aktivləşdirir, bu da baş beyində əsas ağrı yoludur. Miqren baş, üz, boyunda damar və sinirlər boyu iltihabi proseslərdən qaynaqlana bilər.

Baş ağrısı isə əzələ gərginliyi, stress, qan dövranı pozulmasından və təzyiqdən ola bilər.