Moskvada 26 uşaq onkoloqu Milli Onkologiya Mərkəzini boykot etdi – “Xəstə uşaqlar acınacaqlı vəziyyətdə müalicə edilir”
Moskvada 26 uşaq onkoloqu Milli Onkologiya Mərkəzini boykot etdi – “Xəstə uşaqlar acınacaqlı vəziyyətdə müalicə edilir”
2019.10.01 15:13
4210 Baxış
Rusiyanın Bloxin adına Milli Onkologiya Mərkəzinin bütün uşaq onkoloq heyəti işdən azad edilmələri barədə kütləvi ərizə yazıblar.
Onlar bəyan edib ki, əgər yeni rəhbərliyin işçiləri zəhərləməsi dayanmasa və maaşlarının artırılıb, şəffaf şəkildə köçürülməsi təmin olunmasa tamamilə işdən getməyə hazırdılar.
Medicina.az xəbər verir ki, həkimlər youtube-da müraciət yayımlayıblar.
"Mərkəzin yeni rəhbərliyi bizim həkimlik borcumuzu təmiz, şəffaf və vicdanla yerinə yetirməyimizə mane olur. Uzun illərdir uşaqlar bu mərkəzdə dəhşətli şərtlər və şəraitdə müalicə almağa məcburdular. Palatalar təmirsiz, kif basıb, ventilyasiya sistemi yoxdur.
20 ildir yeni korpusların tikintisi təxirə salınır.
Bu problemləri həll etmək əvəzinə yeni rəhbərlik işçiləri zəhərləyir, maaşlarımız açıq verilmək əvəzinə, gizli və ədalətsiz sistemə salınıb. Yeni heç bir şey yaratmadan yeni gələnlər artıq əldə olunmuş stabilliyi dağıdır, müalicə alan uşaqların həyatıbı təhlükə altında qoyur".