Moskvada koronavirusdan ölənlərin sayı 11 mini ötdü

  • 2020.12.29 09:02
  • 824 Baxış
Moskvada koronavirusdan ölənlərin sayı 11 mini ötdü

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.

Medicina.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 11 064-ə çatıb.