Moskvada rekord sayda yoluxma qeydə alındı

  • 2020.11.27 12:08
  • 891 Baxış
Moskvada rekord sayda yoluxma qeydə alındı

Rusiyanın paytaxtı Moskva şəhərində COVID-19-a rekord sayda yoluxma qeydə alınıb.

Operativ Qərargahın verdiyi məlumatına görə, son sutka ərzində paytaxtda 7 918 nəfərin koronavirusa yoluxduğu bildirilib.

Moskvada koronavirusa yoluxma halı ötən günlə müqayisədə çoxdur. Belə ki, dünən açıqlanan statistikaya görə Moskvada 6 075 nəfərin COVID-19-a yoluxduğu bildirilib. Rusiyanın regionlarında da koronavirusa yoluxma halında artım müşahidə olunur. Son sutka ərzində Sankt-Peterburqda 3 687, Moskva vilayətində isə 1 058 nəfər koronavirusa yoluxub.