Mövsüm dəyişməsində astma xəstələri diqqətli olmalıdır -Məsləhətlər

  • 2020.10.15 12:22
  • 1188 Baxış
Mövsüm dəyişməsində astma xəstələri diqqətli olmalıdır - Məsləhətlər
Astma xəstələri xüsusilə mövsüm dəyişimində diqqətli olmalıdır.

Medicina.az xəbər verir ki, xəstələr gündüz saatlarında açıq havada daha az vaxt keçirməli, ev və avtomobillərinin pəncərəsini bağlı saxlamağa diqqət etməlidir. Yuyulan paltarları isə evin içərisində qurutmağa çalışmalıdırlar.



Astmaya nələr səbəb olur?

Qapalı məkanda siqaret dumanına məruz qalmaq
Xəstənin yaşadığı ev və otağın tozlu olması
Ev heyvanları
Kondisionerlərdə yığılan tozlar
Təmizlik məhsulları, saç spreyləri, parfüm və böcək öldürmə dərmanlarının qoxuları