Mövsümi allergiya – Allergiya ilə soyuqdəyməni necə ayırd etmək olar?

  • 2026.07.14 19:46
  • 111 Baxış
Mövsümi allergiya –  Allergiya ilə soyuqdəyməni necə ayırd etmək olar?

Mövsümi allergiya adətən bitki tozcuqları (polen), otlar və digər allergenlərə qarşı immun sisteminin həddindən artıq reaksiyası nəticəsində yaranır.

Medicina.az allergiyanın əsas əlamətlərini təqdim edir:

Asqırma tutmaları

Burundan şəffaf axıntı

Burun tutulması

Gözlərdə qaşınma, qızartı və sulanma

Boğaz və ya burunda qaşınma

Adətən qızdırma olmur


Soyuqdəymənin əsas əlamətləri:

Boğaz ağrısı

Halsızlıq

Burun axıntısı (sonradan qatılaşa bilər)

Yüngül qızdırma ola bilər

Əlamətlər adətən 7–10 gün ərzində keçir


Nə vaxt həkimə müraciət etmək lazımdır?

Nəfəs almaqda çətinlik yaranarsa

Xırıltılı tənəffüs olarsa

Əlamətlər uzun müddət davam edərsə və ya gündəlik həyata mane olarsa

Müalicəyə baxmayaraq şikayətlər azalmazsa


Dəqiq diaqnoz və uyğun müalicə üçün həkim müayinəsi vacibdir. Özbaşına dərman qəbul etmək tövsiyə edilmir.

Aygün
Medicina.az