Mövsümi dəyişikliklərə diqqət yetirin - Depressiyada ola bilərsiniz

  • 2023.04.27 12:20
  • 2237 Baxış
Mövsümi dəyişikliklərə diqqət yetirin -  Depressiyada ola bilərsiniz
Havanın qəfil dəyişməsi insanlara fiziki və psixoloji təsir göstərir. Bu vəziyyət sizdə depressiyaya səbəb ola bilər. Mövsümi dəyişikliklər zamanı özünüzü yaxşı hiss etmək üçün görə biləcəyiniz bir çox tədbir var.

Lent.az xəbər verir ki, türkiyəli psixoloq Selin Küçük depressiyanın əsasən günəşin şüalarının az olduğu payız və qış aylarında yaşandığını bildirib. Ancaq o, yaz aylarında da bu halların baş verə biləcəyini xüsusi vurğulayıb.

"Depressiya hava şəraitinin çox dəyişkən olduğu yaz aylarında da özünü göstərə bilər"


Psixoloq mövsüm dəyişikləri zamanı yaranan depressiyaya qarşı tədbirlərlə bağlı məlumatlar paylaşıb.

Onları təqdim edirik:

Bu aylarda ancaq internetdən asılı qalmayın;

Ailənizlə, dostlarınızla və ətrafınızdakı insanlarla daha çox söhbət edin;

Münasibətlərinizi, ünsiyyət bacarığınızı təkmilləşdirin;

İdmana başlayın, yaya fit girin. Ancaq buna vaxtınız yoxdursa, piyada gəzin, liftə minmək əvəzinə mənzilə pilləkənlərlə qalxın;

Otağınızda və ya iş yerində öz sahənizin dizaynın dəyişdirin, yeniliklərə açıq olun. Yazın gəlişi ilə dəyişikliklər sizin üçün əvəzedilməz olacaq;

Yolda və ya iş yerində ətrafınızdakı insanlara sabahınız xeyir və axşamınız xeyir demək sadə və təsirli sosial paylaşımdır. Bunu özünüzdən əsirgəməyin.