Müalicə olunmayan depressiya demensiya riskini 50% artırır

  • 2022.11.01 18:18
  • 1450 Baxış
Müalicə olunmayan depressiya demensiya riskini  50% artırır


Alimlərin elmi işləri göstərib ki, depressiya vaxtında diaqnoz olunub müalicə edilmədikdə yaşlandıqda demensiyaya səbəb olur.

"Medicina" xəbər verir ki, Şanxay universitetinin alimləri demensiya ilə depressiyanın gedişi arasında əlaqəni öyrənib.
Eksperiment 50-70 yaş arası 354 min insanı əhatə edib.

Onlardan 2018-ci ildən sonra 46 min demensiyadan əziyyət çəkib.

Tədqiqatçılar müşahidə edib ki, 46 min nəfərin yarısı demensiyadan öncə bir müddət depressiyada olublar.

Vaxtında depressiyadan müalicə alanlarda isə risk 29-42% az olub.

Alimlər depressiyanın orta yaş və yaşlılarda vaxtında aşkarlanmasını vacib hesab edir.
Bu, demensiyanın başlamasını yubada bilər.

Nə qədər tez müalicə başlasa, qocalıq əqli geriliyi bir o qədər azalar.
Demensiyanın profilaktikası üçün idman, riyazi hesablamalar və düzgün qidalanma kömək edir.

Aygün Musayeva