Müəllim və şagirdlərdə koronavirus aşkarlandı - Bakıda

  • 2020.09.21 21:41
  • 3142 Baxış
Müəllim və şagirdlərdə koronavirus aşkarlandı -  Bakıda
Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Bu barədə Təhsil Nazirliyindən Medicina.az-a daxil olan məlumatda bildirilir.

Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.