Müharibə stresindən marixuana çəkməklə xilas olacaqlar

  • 2022.06.14 15:14
  • 1786 Baxış
Müharibə stresindən marixuana çəkməklə   xilas olacaqlar


Ukrayna Ali Radasına xərçəng və travma sonrası stress pozuntularının müalicəsi üçün marixuananın reseptlə istifadəsinə icazə verilməsini təklif edən qanun layihəsi daxil olub.

Medicina.az xəbər verir ki, bu barədə parlamentin saytında bildirilib.

“Müharibə nəticəsində yaranan onkoloji xəstəliklərin və travmadan sonrakı stress pozuntularının müalicəsi üçün xəstələrin zəruri müalicə imkanlarının genişləndirilməsinə şərait yaratmaq üçün kannabis (marixuana) fəsiləsinə aid bitkilərin tibbi, istehsalat məqsədləri üçün dövriyyəsinin, elmi və elmi-texniki fəaliyyətin tənzimlənməsi haqqında qanun layihəsi”, - sənəddə qeyd olunur.

Ali Radanın saytında verilən məlumata görə, marixuananın leqallaşdırılması ilə bağlı qanun layihəsinin təşəbbüskarı Ukraynanın baş naziri Denis Şmıxal olub.