Müntəzəm olaraq bu 2 qidanı yeyənlər şəkər olmur

  • 2023.10.03 18:23
  • 2031 Baxış
Müntəzəm olaraq bu 2 qidanı yeyənlər şəkər olmur

Turş süd məhsulları qəbul edənlərdə diabet riski azdır.


“Medicina” xəbər verir ki, dietoloq İrina Mansurova kefir (qatıq) və süzmə, yoqurt, qaymaq və xamanın mədə-bağırsaq sistemini sağlam saxladığını, nəticədə xroniki xəstəliklərin riskinin aşağı düşdüyünü deyib.


“Bağırsaqlar bizim qidamızı və əhvalımızı tənzimləyir. Əgər orda disbakterioz olarsa, təşviş, depressiya, nevroz yaranır. Tədqiqatlar göstərib ki, mikrobiomun pozulması nevroloji və psixi pozulmaların səbəbidir.

Turş süd məhsulları probiotikdir, faydalı bakteriyalarla zəngindir. Probiotiklər qidalardan vitamin və mineralların sovrulmasını təmin edir.

Bu süd məhsulları digər sistemlərə də müsbət təsir edir: ürək-damar, endokrin sistem.

Hətta xroniki ürək xəstələri də müntəzəm kefir və süzmə yeməklə, xəstəliyin ağırlaşma riskini azalda bilər.
Nəticədə xolesterin düşür, damarlar daha sağlam olur, təzyiq enir.

Hətta müntəzəm kefir içdikdə, şəkərdən də yayınmaq olar.

Çünki bu əzələ və piy toxumasının insulin reseptorlarına həssaslığını artırır. Qanda şəkəri salır. Əgər allergiya yoxdursa, bu məhsullar müəyyən normada yalnız gündüzlər yeyilə bilər. Axşam yatmazdan əvvəl yemək olmaz”.

Aygün Musayeva