Mutant virusa qarşı uşaqlarınızı qoruyun! - Risk altındadırlar

  • 2021.03.31 11:12
  • 1713 Baxış
Mutant virusa qarşı uşaqlarınızı qoruyun! -  Risk altındadırlar
Türkiyəli professor Faruk Yorulmaz mutant virusuna qarşı uşaqları qorumalı olduğumuzu bildirib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, mutant virusun yoluxuculuq qabiliyyəti yüksəkdir: “Bu virusla birlikdə uşaqlar arasında da yoluxma sayı artıb. Onlar risk altındadır. Hər kəs qaydalara riayət etməlidir. Məsələn, maskanı düzgün istifadə etməli, sosial məsafəyə diqqət etmək lazımdır. Birlikdə keçirilən vaxt 15 dəqiqədən çox olmamalıdır. Bu dediklərimiz eyni zamanda uşaqlarımız üçün də keçərlidir. Məktəblilər mütləq maskadan istifadə etməlidir. Özəlliklə dərslərdən kənar zamanlarda, tənəffüslərdə yoluxma riski daha yüksəkdir."

Yorulmaz olduğumuz ortamın havalandırılmasının da önəmli olduğunu qeyd edib: "Havaların soyuq olması səbəbi ilə bu günə qədər çox da riayət etmədik. Amma havalar isinir. Evlərin havalandırılması çox önəmlidir. Bu çox faydalıdır. Evdəki bütün mikrobları yox edir. Gündə ən azı 3 dəfə otağı lazımdır".