Mutasiyalar dünyanı sovub-sovuracaq - Professordan bədbin PROQNOZ

  • 2021.02.16 17:19
  • 1518 Baxış
Mutasiyalar dünyanı sovub-sovuracaq  -  Professordan bədbin PROQNOZ


Koronavirusun yeni “Britaniya ştammı”nın bütün dünyaya yayılacağı iddia edilir.

Medicina.az xəbər verir ki, professor Sharon Peacock BBC-yə verdiyi açıqlamada bu mutasiyanın 50-dən çox ölkədə aşkarlandığını və böyük ehtimal bütün dünyanı “dağıdacağını” bildirib: “Yalnız virusun öldürücü xüsusiyyətini aradan qaldırmaqla rahat ola bilərik. Amma buna baxmayaraq gələcəyə baxdıqda yenə də qorxmalıyıq. Məncə, 10 il sonra hələ də narahat olacağıq”.


Professor həmçinin qeyd edib ki, B117 olaraq tanınan mutasiya 70 faiz daha sürətlə yayılır. 60 yaşdan yuxarı insanlarda isə 30-40 faiz daha ölümcül xüsusiyyətə malikdir.