Nabrandakı zəhərlənmə ilə bağlı rəsmi AÇIQLAMA

  • 2022.07.20 15:11
  • 1468 Baxış
Nabrandakı zəhərlənmə ilə bağlı rəsmi AÇIQLAMA

Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, onların vəziyyətləri normal qiymətləndirilir. Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.


Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilmişdir.