Nailə İslamzadə koronavirusa yoluxdu

  • 2020.12.03 12:57
  • 2315 Baxış
Nailə İslamzadə koronavirusa yoluxdu
Tanınmış teleaparıcı, Əməkdar artist Nailə İslamzadə koronavirusa yoluxub.


Teleaparıcı virusa yoluxduğunu təsdiqləyib:


"Evdə müalicə olunuram. Dörd-beş gün öncə özümdə narahatlıq hiss etdim. İki gün öncə testimin cavabı pozitiv çıxdı. Məsləhət görərdim ki, evdən ehtiyac olmadıqca heç yerə çıxmasınlar".

N.İslamzadə tamaşaçılarına tövsiyyə də verib:

"Hamı özünü qorumalıdır. Bacardığımız qədər evdən çıxmamalıyıq. Dövlət müəssisələrində çalışanların yalnız otuz faizi işə çıxır. Digər sahələrdə çalışanlar da imkan daxilində bu qaydalara əməl etməlidirlər".