Narkoloji Mərkəz: Mütəxəssis qıtlığı var

  • 2022.07.06 13:13
  • 1921 Baxış
Narkoloji Mərkəz:  Mütəxəssis qıtlığı var
“Azərbaycanda narkotik maddə asılılığı ilə bağlı mütəxəssis qıtlığı var".


Medicina.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatın təqdimatı zamanı deyib.


O bildirib ki, bəzi məktəblərdə blogerlər və keçmiş istifadəçilər narkotik maddələrlə bağlı maarifləndirici tədbirlər keçirirlər:


“Bu, çox həssas məsələdir. Fikrimcə, heç bir şagirdə iynə, narkotik maddə adı, deformasiya olmuş sümük, bədən göstərməyin faydası yoxdur. Biz şəxsin daxili, xarici resurslarını aktivləşdirməliyik. İdmana, kitaba meyllilik yaradılmalıdır”.