Narsis insanla yaşadığını göstərən 4 əlamət

  • 2022.10.18 16:32
  • 2505 Baxış
Narsis insanla yaşadığını göstərən   4 əlamət

Son zamanlar psixoloqlar narsislə münasibətlər barədə qadınları xəbərdar edir.

"Medicina" xəbər verir ki, cütlüklər üçün ən ağrılı münasibət də narsisizmdir.

Narsizmə bənzəyən digər psixoloji pozuntu Eqosentrizmdir. Onları bir-birindən ayırmaq çətindir.

Delamer klinikaasının psixiatrları narsistlərin 4 əsas əlamətini təqdim edib.

"Onlar başqasının acısını hiss etmir, rəhm, mərhəmət hissi yoxdur. Geniş yayılmış simptomlardan biri də başqasının hissini başa düşməmək və ya anlamaq istəməməkdir.

O, manipulə edir və bunu bacarır. Narsis həddən artıq özünə diqqət cəmləyir, o qədər özünə köklənib ki, digərlərinin emosiyasını görmür.

Manipulyasiya onların ən başlıca xassəsidir.

O, ailədə və hətta yaxınlarında kimin hara gedəcəyi, nə geyinəcəyi, nə vaxt gedəcəyi və nə danışacağını belə idarə edir. Ondan icazəsiz heç bir şey edə bilməzsiz.

Əgər sizin sevgiliniz hər addımı, hərəkətinizi kontrol edirsə, bu qırmızı bayraqdır.

Narsislər özlərini zəif və köməksiz, idarə olunan hiss etməyə nifrət edir. Bunu hiss edən kimi qarşı tərəfi aşağılayıb, təhqir edir, incidir, guya zarafat adıyla yerə vuracaq.

Onların məqsədi qarşındanı tabe edib, əzib, özünü diqqətdə saxlayıb, özünü güclü hiss etmək və bütün tələblərini nəyin bahasına olursa olsun yerinə yetirtməkdir.

Aygün Musayeva