NATO-nun baş katibi koronavirusa yoluxub

  • 11 May 2022 14:14
  • 1259 Baxış
NATO-nun baş katibi koronavirusa yoluxub


NATO-nun baş katibi Yens Stoltenberqin koronavirus testi müsbət çıxıb.

Medicina.az xəbər verir ki, alyansın nümayəndəsi Oana Lunqesku bu barədə məlumat verib.

Lunqesku qeyd edib ki, Stoltenberq buster doza da daxil olmaqla, tam peyvənd olunub.

Onun sözlərinə görə, baş katib xəstəliyi yüngül formada keçirir və yaxın gələcəkdə öz vəzifələrini məsafədən icra etməyə davam edəcək.