Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyinin sədri işdən çıxarıldı

  • 2026.02.23 15:43
  • 128 Baxış
Naxçıvanda İcbari Tibbi Sığorta  Agentliyinin sədri    işdən çıxarıldı


Naxçıvanda İTS sədri vəzifəsindən azad edilib.

Medicina.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.

Sərəncamla Elnur Abbas oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Digər bir sərəncamla isə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası həmin Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru təyin edilib.

medicina.az