Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin ilk 9 ayı ərzində ümumilikdə 143 qida mənşəli zəhərlənmə faktı qeydə alınıb.
"Medicina" xəbər verir ki, Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, zəhərlənmələrin əksəriyyəti məişət şəraitində düzgün saxlanma və istifadə qaydalarına əməl edilmədən istehlak olunan qidalardan qaynaqlanıb.