Nazir koronavirusa yoluxdu

  • 2020.08.14 09:36
  • 2212 Baxış
Nazir koronavirusa yoluxdu
Meksikanın Energetika naziri Rosio Nale koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə o, tvitterdə məlumat verib.

“Mən COVID-19-a yoluxduğum üçün özünütəcrid rejimindəyəm. Evdən işləyirəm. Xoşbəxtlikdən, özümü yaxşı hiss edirəm, məndə simptomlar yoxdur, tövsiyə olunmuş müalicə alıram”, - nazir yazıb.

Qeyd edək ki, daha əvvəl Meksika hökumətinin bir sıra üzvü, o cümlədən Maliyyə və Dövlət Krediti naziri Arturo Errera da koronavirusa yoluxmuşdu. Onlar hamısı sağalıb və xidməti vəzifələrinin icrasına dönüb.

İndiyədək, rəsmi məlumatlara əsasən, Meksikada 498 380 nəfər koronavirusa yoluxub, 54 666 xəstə vəfat edib.