Nazirlik rəsmisi bu şəxslərə müraciət etdi

  • 22 İyl 2022 12:21
  • 786 Baxış
Nazirlik rəsmisi bu şəxslərə  müraciət etdi
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib koronavirusla bağlı risk qrupuna daxil olan vətəndaşlara müraciət edib.


Medicina.az xəbər verir ki, o, ötən ayla müqayisədə dünyada koronavirusa yoluxma halının təxminən 30 faiz artdığını açıqlayıb:


“İki ildən artıq davam edən pandemiya müddətində ölkədə fəaliyyət göstərən səhiyyə qurumlarının COVID-19 infeksiyası ilə mübarizə tədbirləri nəticəsində virusun ölkə əhalisinin sağlamlığına mənfi təsiri minimum həddədi. Hazırda COVID-19-a yoluxmuş insanların bir çoxunda xəstəlik əsasən yüngül formada keçir. Amma risk qrupuna daxil olanlar şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər. Ona görə bu vətəndaşlara tövsiyə edirəm ki, gigiyenik qaydalara ciddi şəkildə əməl etsinlər, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlasınlar. Eyni zamanda, sosial məsafəni qorumağı, ictimai yerlərdə isə qoruyucu maska və antiseptik məhsullardan istifadə etməyi unutmasınlar. Həmçinin zərurət yaranmadığı halda qapalı məkanlardan mümkün qədər uzaq olmağı məsləhət görürəm.


Yoluxma hallarının yüksək olduğu bəzi ölkələrdə karantin rejiminə keçid tətbiq edilərək, qapalı məkanlarda qoruyucu maskalardan istifadə, sosial məsafənin qorunması və s. kimi qaydalara yenidən əməl edilir. ÜST dünya ölkələrinə qoruyucu maskalardan istifadə və digər qaydalara riayət etməyi tövsiyə edir".