"Nə qədər gecikdirsəniz, o qədər yaxşıdır" - Həkim koronavirusdan danışdı

  • 2020.11.05 15:41
  • 10094 Baxış
"Nə qədər gecikdirsəniz, o qədər yaxşıdır"   - Həkim koronavirusdan danışdı

Hazırda COVID xəstələri xəstəxanalarda minlərlədi. Amma lap milyonlarla olsa belə, yenə də COVID-dən yayınmaq insanın öz əlindədir. Yenə də mümkündür ki, buna yoluxmayasınız, ya da gec yoluxasınız.

Medicina.az xəbər verir ki, anestezioloq-reanimatoloq Şahin Məmmədov xəstəlikdən qorunma yollarından danışıb.


Yoluxmanı nə qədər gecikdirsəniz, bir o qədər yaxşı olar. Həm siz yoluxana qədər effektiv dərman tapılar, həm də effektiv vaksinasiyaya özünüzü yoluxdurmadan çatdıra bilərsiniz.

Şərtlər sadədi:

Sosial məsafə saxlayın, məncə, bu, ən əsasdır.

Maska taxın.

Əl gigiyenasına əməl edin.

Əli sabunlamadan üzə toxunmayın.

Bunları edə bilsəniz Yer kürəsində hamı yoluxsa da, siz yoluxmayacaqsız.


Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.