Nə üçün 40 yaşdan sonra sürətlə kökəlirik? - SƏBƏBLƏR

  • 27 Dek 2019 09:30
  • 2704 Baxış
Nə üçün 40 yaşdan sonra sürətlə kökəlirik? -  SƏBƏBLƏR
Yəqin ki, 40 yaşdan sonra maddələr mübadiləsinin zəiflədiyini və insanların sürətlə kökəlməyə başladığını eşitmisiniz. Lakin elm dünyası bu barədə yeni nəticələr əldə edib.

Medicina.az xəbər verir ki, 40 yaşdan sonra metabolizma həqiqətən yavaşlayır, ancaq bu yavaşlamanın tempi çox azdır. Bəzi tədqiqatçılarsa zəifləməni minimal adlandırır! Əgər ciddi metabolik pozğunluqdan əziyyət çəkmirsinizsə, köklüyün səbəbi yaş deyil.

Metabolizmanın fərqli mərhələləri var.

İstirahətdə metabolizma - bazar günü səhər divanda yatarkən vücudumuzun nə qədər enerji sərf etməsidir. Bu, boy, cinsiyyət, irsiyyət və s. kimi daimi amillərin birləşməsindən asılıdır. Və burada nəyisə xüsusi dəyişdirmək mümkün deyil.

Bundan əlavə, maddələr mübadiləsinin daha üç mərhələsi var və hamısı aktivdir. Ümumiyyətlə onlar haqqında deyilir ki, müəyyən qidalar və ya hərəkət növləri maddələr mübadilənizi “zəiflədə” və ya “sürətləndirə” bilər.

Birinci mərhələ yemək yeyən zaman maddələr mübadiləsidir. Məlum olur ki, çeynəyərkən, udduğumuz və həzm etdiyimiz zaman da az miqdarda kalori yandırırıq (gündəlik normanın təxminən 10% -i). Buna “yeməyin istilik effekti” deyilir. Əgər stimullaşdırıcı içkilər (məsələn, yaşıl çay və ya qəhvə) içsəniz və ya çox miqdarda protein və çili bibərindən istifadə etsəniz, proses sürətlənə bilər. Ancaq bu şəkildə arıqlamağa ümid etməyin, araşdırmalarda sübut edilib ki, qramdan söhbət gedir. Maddələr mübadiləsini sürətləndirən məhsulların piyləri yandırmaq effekti çox azdır.

Birbaşa aktiv kalori yandırmanın ikinci mərhələsinə keçmək daha yaxşıdır! Bu, hərəkətdir. Hər hansı hərəkət - pilləkənlə qalxmaq, ofis ətrafında gəzişmək və ya idmanda tər tökməklə daha çox kalori yandırırsınız. Bu, ikinci mərhələdir - məşq zamanı metabolizma.

Ondan sonra üçüncü mərhələ başlayır: biz istirahətdəyik, amma kalorilər hələ də “yanır”. Yəni kilo vermək baxımından məşqdən sonra divanda yatmaq əvvəlkindən daha təsirli olur. Buna “oksigen borcu” deyilir - yüklənmə artıq bitib və bədəndə oksigen ətalət üzrə yüksəldilmiş templə yandırılmağa davam edir.


Beləliklə, arıqlamaq istəyirsinizsə, yalnız son iki mərhələ vacibdir.

Eyni zamanda yüklərin xarakteri də vacibdir. Məsələn, bir çox insan düşünür ki, qantel, ştanq və digər bu kimi ağırlıq məşqləri artıq çəkini daha səmərəli yandırmağa imkan verir. Lakin tədqiqatlar bunu təsdiqləmir. Fakt budur ki, vücudumuzun müxtəlif orqanları və hissələri fərqli sayda kalori yandırır və burada əzələlər ilk növbədə deyil. Məsələn, beyin, qarın əzələlərindən daha çox kalori istehlak edir.

Luiziana Universitetinin Biotibbi Mərkəzinin genetika üzrə professoru Klod Bouçardın sözlərinə görə, beyin fəaliyyətinin funksiyası istirahətdə metabolizmanın 20% -ni təşkil edir:

“Sonra ürək gəlir, dayanmadan işləyən ürək metabolizmanın 15-20%-ni təşkil edir. Sonra - böyrəklər, ağciyərlər və digər toxumalar gəlir. Təxminən 20-25% əzələlərin öhdəsinə düşür”.

Məşq, sağlamlığı yaxşılaşdıran vərdiş olsa da, onun maddələr mübadiləsini əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edəcəyini gözləməyin. Ürəyin aktiv döyündüyü, ağciyərlərin güclü nəfəs aldığı ürək məşqləri - bir çox orqanların işlədiyi hərəkət növləri daha yaxşı təsir göstərir:

-gəzinti

-qaçış

-üzgüçülük və s.

Yekunda bu nəticəyə gəlirik ki, sirr sadə və olduqca darıxdırıcıdır: birincisi, yaşa dolduqca daha az hərəkət edirik, gəzirik və daha çox otururuq. İkincisi, bədənimizin qidaya olan ehtiyacının fərqinə varmırıq. İştaha nəzarət edən mexanizm yaşlaşdıqca daha pis işləməyə başlayır; nə vaxt dayanmaq lazım olduğunu başa düşmürük və özümüzü yükləyirik.

Yalnız bir nəticə var: hər şeydə maddələr mübadiləsini günahlandırmayın, bu, onunla bağlı deyil. Daha çox hərəkət etməli və porsiyaları azaltmalısınız.(publika.az)