Nə yuxusu var, nə dincəlməyi – Xroniki yorğunluq sindromu axırınıza belə çıxır

  • 2023.02.27 20:11
  • 1558 Baxış
Nə yuxusu var, nə dincəlməyi  – Xroniki yorğunluq sindromu axırınıza belə çıxır

Hər 3 insandan biri bu sindromdan əziyyət çəkir. Buna illərin yorğunluğu da deyilir.

Xroniki yorğunluq keçirən insan bunları deyir: hər şey əlimdən düşür, ayaqlarım gücsüzdür, yuxuluyam, gücüm yoxdur, həvəsim yoxdur, yuxudan doymuram, yorğunluğum çıxmır.

“Medicina” xəbər verir ki, bir insanın xroniki yorğunluq, yoxsa hansısa bu simptomları verən başqa xəstəlikdən əziyyət çəkdiyini təyin etməyin yollarını təqdim edir.


Kardioloq Denis Prokofyevin sözlərinə görə, ümumi zəiflik və yorğunluq ciddi xəstəliklərin də səbəbi ola bilər, hansı ki, insanın ağlına gəlmir.

- İlk növbədə belə adamlar qan azlığı, dəmir defisitli anemiya və qalxanvari vəzin işini yoxlamalıdır.

Zob, şəkərli diabet və maddələr mübadiləsi pozulması istisna olunmalıdır.

Eləcə də xüsusən kişiləri QİÇS, VİÇ, hepatitlərdən yoxlamaq lazımdır.

İşiniz nə qədər gərgin olursa olsun, bir gün ümumi qan analizi və bu analizləri verməlisiz.

Bunlarsız xəstənin həqiqətən xəstə və ya xroniki yorğun olduğunu müəyyən etmək olmur.

Virus və infeksiyalar güman etdiyiniz qədər sakit və təhlükəsiz deyil.

Əgər bu müayinələr sağlam çıxsa, o zaman həkimlər pasiyentə istirahət, tətil və müəyyən qida, yuxu rejimi və sakitləşdirici müalicə təyin edir.

7-8 saat gecə yuxusunu tam almayan insan enerji defisiti hiss edəcək.

Pasiyent tam sakit, qaranlıq, sərin otaqda hər gün eyni vaxtda yatmalı, matras və yastıq ortopedik olmalıdır.

Psixoloq bildirir ki, xroniki yorğunlqu beynində hansısa informasiyanı, situasiyanı çox düşünən, həll edə bilməyən insanlarda olur.

Aygün Musayeva