Proktoloq Dr. Ellada Manafova nəcis ifrazı üçün ən yaxşı pozisiyanı açıqlayıb.
Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, tualetdə oturuş formamız birbaşa bağırsaq sağlamlığımıza və nəcis ifrazı prosesinə təsir edir:
"Anatomik olaraq 90 dərəcəlik normal oturuş küncü düz bağırsağın tam boşalmasına mane olur və gərginliyə (gücənməyə) səbəb olur. Bu isə zamanla babasil (hemorroy) və anal çat kimi proktoloji problemlərə yol aça bilər. Şəkildə gördüyünüz kimi, ayaqlarınızın altına kiçik bir kətil (babaçka) qoyaraq bədəninizi 35 dərəcəlik bucaq altına gətirmək! Bu pozisiya bağırsaq əzələlərini tam boşaldır və ifraz prosesini təbii, rahat şəkildə təmin edir. Sağlamlığınızı təxirə salmayın, kiçik vərdişlərlə böyük problemlərin qarşısını alın!".
Aygün
Medicina.az