Neftçilər xəstəxanasının həkimini avtomobil vurdu

  • 2022.04.27 15:27
  • 2262 Baxış
Neftçilər xəstəxanasının həkimini   avtomobil vurdu

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.


Medicina.az xəbər verir ki, hadisə Şəfaət Mehdiyev küçəsində baş verib.


Yolu keçən 1981-ci il təvəllüdlü Hüseynova Nərgiz Nadir qızını minik avtomobili vurub. O, sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, xəsarət alan N.Hüseynova Mərkəzi Neftçilər Xəstəxanasının həkimidir.