Nənələrin razyana çayı möcüzəsi - 10 FAYDASI

  • 30 Sen 2021 17:16
  • 1183 Baxış
Nənələrin razyana çayı möcüzəsi -  10 FAYDASI
Vitamin baxımından zəngin olan, yol kənarlarında yetişən razyana bitkisi dəmləmə üsulu ilə çay kimi içilir. Bundan başqa yeməklərdə də istifadə edilən bu bitki fərqli müddətdə və iqlimdə yetişir.

Medicina.az xəbər verir ki, maqnezium və dəmir miqdarı yüksək olan razyana göz, səs və immunitet mövzusunda məsləhət edilən bitkilərlə müalicə üsuludur.

Razyana tərkibində A,D və C vitaminləri də var. Gün ərzində mütəmadi içildiyi zaman yuxu probleminini normaya salar.

Qan azlığına qarşıdır

Dəri problemlərini yaxşılaşdırar

Qan təzyiqinin tənzimlənməsinə kömək edir.

Göz quruluğu və təzyiqi normallaşdırar

Mədə asidini tarazlaşdıraraq xoralar və turşuluğa qarşı faydalıdır

Daha rahat yatmağı təmin edər.

Aclıq hissini azaldar. Südverən analarda südün artmasına kömək edər.

Mensturasiya sancılarını azaldır.

Həzm sistemini rahatladır, yağ yandırmağa kömək edir.

Diş əti iltihablarında da faydalıdır.

Gün ərzində axşam saatlarda içilməsi məsləhət edilir.

Hər yaşda olanlar istifadə edə bilər. Belə ki, körpələrdə də qaz və şişkinliyi azaldır.


Mütəxəssislər tərəfindən məsləhət edilən miqdar bir fincandır. Güclü tərkibi ilə həddindən artıq istifadəsi zərərli ola bilər.

Axsam bir fincan razyana çayı yuxu problemi olanları rahatladar, gərginliyi azaldar. Beləliklə, yuxuya getməyinizi asanlaşdırar, yuxu keyfiyyətini artırar.

Razyana çayı üçün razyana toxumu lazımdır. Dəmlənməsi üçün əvvəlcə toxumlarını əzməlisiniz. Daha sonra qaynadılmış suya əlavə edin. Qapağı örtərək 5 dəqiqə dəmləməyə qoyun. Və süzüb, isti-isti için. Diqqət edilməsi olan isə qaynar suyun içinə atdıqdan sonra suyu ocaqdan götürməyiniz və təkrar qaynatmamağınızdır.