Neqativ və bəd xəbərləri izləməyin – Xəstəlik yaradır

  • 2023.07.05 14:23
  • 1578 Baxış
Neqativ və bəd xəbərləri izləməyin  – Xəstəlik yaradır
Mənfi xəbərləri izləməkdən imtina etmək depressiya və təşviş pozuntusundan qurtulmaqda təsirli ola bilər. Neqativ hisslər daxili orqanların orqanik diaqnozu olmayan xəstəliklərinə səbəb olur. Məsələn, mədə-bağırsağın vəziyyəti stresdən pisləşə bilər.



“Medicina” xəbər verir ki, psixoloq Anastasiya Noviçin sözlərinə görə, fiziki səbəblərdən əlavə, psixosomatik səbəblər də narahatlıq yaradır. Bəzən narahatlığın kökü mənfi emosiyalar, hisslər, streslə sıx bağlıdır.


“İnsan onu tarazlıqdan çıxaran bir şey haqqında çox düşünəndə, bədən fikirlərə ağrı və gərginliklə reaksiya verir.

Oxşar əlamətləri olan insanlar üçün xüsusi olaraq narahatlığa, gərginliyə, narahatlığa nəyin səbəb olduğunu yazılı şəkildə ifadə etmək bu problemin təhlilinə kömək edir.


Bundan əlavə, qidalanmaya diqqət yetrilməli, aydalı bağırsaq mikroflorasının inkişafını stimullaşdıran qidalar, məsələn, lif mənbələri, fermentləşdirilmiş qidalar qəbul edilməlidir. Ən vacibi yatmazdan əvvəl yemək olmaz.

Narahatlığa səbəb olan, fayda gətirməyən tətbiqlər və sosial şəbəkələrdən uzaq durmaq daha yaxşıdır.

Nəzarətsiz və müdaxilə edən narahat düşüncələr varsa, psixoloqa müraciət edin”.


Günay Quluzadə