"Nəvəmdənm mənə virus keçib" - ABŞ prezidenti

  • 2021.12.04 15:35
  • 1456 Baxış
"Nəvəmdənm mənə virus keçib"  - ABŞ prezidenti

ABŞ Prezidenti Co Bayden xəstələndiyini etiraf edib.

Bakupost.az xəbər verir ki, Bayden xəstəliyin ona yaş yarımlıq nəvəsindən keçdiyini bildirib.

"Yaxşıyam, hər gün COVID-19 testi verirəm. Mənim yaş yarımlıq nəvəm var və o, babasını öpməyi sevir. Bir sözlə, sadəcə soyuqdəymədir", - Bayden səhhəti ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.


Qeyd edək ki, cümə günü ABŞ Prezidenti işsizliklə bağlı bəyanat verərkən səsindən xəstə olduğu hiss edilib və bir neçə dəfə öskürüb.