Nevroloji xəstəliklərin 9 əlaməti – TƏCİLİ HƏKİMƏ

  • 2021.02.16 17:53
  • 17553 Baxış
Nevroloji xəstəliklərin 9 əlaməti  – TƏCİLİ HƏKİMƏ



Hansı simptomlar ciddi nevroloji xəstəliklərdən, pozulmalardan xəbər verir? Hansı halda adi baş ağrısıdır, nolsun ki, yuxum pozulub deyib keçməməliyik?

İnsanın sinir sistemi – baş beyin və onurğa beyindən qaynaqlanır. Beyin bütün orqan və sistemləri idarə edir. İnsan sinir sisteminin ciddi xəstəliyini adi yorğunluqla səhv sala bilər.

Medicina.az nevroloji sistemdə fəsadları göstərən 9 simptomu təqdim edir.


Simptomlar baş, onurğa, periferik sinir sisteminin problemlərindən asılı olaraq dəyişir:

1. Uzun müddətli baş ağrıları

Ayda 3 və daha çox sayda baş ağrısı. dərmana tabe olmayan, huşa, diqqətə, danışığa belə təsir edən baş ağrıları sizi şübhələndirməlidir. Xüsusən 45-50 yaşdan sonra birdən-birə başlayan ağrıları evdə yola verməyin.
Bu yaşdan sonra beyin qan dövranı pozulması, boyun ostexondrozu, təzyiq, insult, beyin şişləri riski artır. Müayinə üçün damar dopleri, baş və onurğa MRT-si edilir.

2. Bel, ayaq və qollarda ağrılar

Səbəbsiz yerə, qəfildən başlayıb kəssə də, ara sıra özünü göstərsə də, hansısa maza, kompresə güvənməyin. Mütləq nevroloqa müraciət edin. Onurğada dəyişikliklər, protruziya, yırtıqlar, ostexondroz, iri oynaqlarda artroz, artrit bəzən yüngül ağrı ilə başlayır, sonra itir, bir neçə il sonra artıq kəskin mərhələdə özünü göstərir. Bu ağrılar üçün travmatoloq və nevroloqa müraciət olunur.

3. Baş gicəllənmə, qulaqlarda küy, yerişin dəyişməsi, səntirləmə

Bunlar vestibulyar aparatın pozulması kimi nevroloji haldan tutmuş ciddi Parkinson, Alsgeymer, demensiya, ateroskleroz, baş beyin qan dövranı pozulması və onurğa xəstəliklərinin siqnalı ola bilər

4. Bədəndə, ayaqlarda, kürəkdə yanma, gizilti hissi, iynə batırma, keyimə, uyuşma

Hətta ara sıra, kiçik sahələrdə olsa da, bir müddət sonra ciddi siqnallar verir. Bu beyin və periferik sistemin işində problemdən qaynaqlanır

5. Dad, qoxubilmə, görmə, eşitmənin zəifləməsi

Qəfildən, sürətlə başlayıbsa, təcili nevroloqa və baş beyin həkiminə getmək lazımdır.

6. Qıcolmalar, bayılmalar, epileptik tutmalar

Tək-tək tutmalar epilepsiya, beyin şişləri, ürək-damar və ciddi nevroloji xəstəliklərdən xəbər verə bilər.

7. Yuxunun pozulması

Əgər siz 30-50 dəqiqə ərzində yuxuya gedə bilmirsizsə, sutkada 7 saat yatmırsızsa, gündüzlər daim yuxulu olursuzsa, yuxudan tez-tez oyanırsızsa bu nevroz, depressiya, qalxanvari vəz hormonal problemlər, nevroloji problemlər, Parkinson simptomu ola bilər.

8. Koqnitiv funksiyaların dəyişməsi

Danışıqda dəyişiklik, sözlərin aydın olmaması, yaddaşda pozulma, düşüncədə geriləmə, tormozlanma, başqalarının nitqini başa düşməmək- insult, skleroz, demensiya və digər patalogiyaların siqnalıdır

9. Əhval-ruhiyyənin dəyişməsi, depressiya, gərginlik, panik atak

Mütləq endokrinoloq, nevroloq müayinəsindən keçmək lazımdır. Əgər ciddi nevroloji problemlər olmasa, psixiatr və psixoloq müalicəsi mütləqdir.


Nevroloqlar bu simptomların səbəblərini əyani yoxlama, funksional testlər, damarların dopleri, baş və onurğa MRT-si, bəzi analizlərlə təyin edir.



Əgər sizin də müalicəsində çətinlik çəkdiyiniz nevroloji, baş, boyun, bədən ağrılarınız, psixoloji narahatlıqlar və panik ataklarınız varsa, MED Konsiliuma müraciət edin, ən yaxşı həkim və müalicəni əldə edə bilərsiniz:

050 372 77 14