Nevroz xəstəliyinin bilinməyən əlamətləri - Həkim açıqladı

  • 2023.03.10 17:09
  • 2490 Baxış
Nevroz xəstəliyinin bilinməyən əlamətləri   - Həkim açıqladı

Nevrologiyada elə simptomlar var ki, özünü biruzə vermir.


“Medicina” xəbər verir ki, nevroloq Ruhiyyə İbrahimli nevrozun görünməyən əlamətlərindən bəhs etdi.

“Belə xəstələrdə nəbzin tezləşməsi, titrətmə və tərləmə, eyni zamanda nəfəs darlığı, boğulma hissi olur. Adətən, belə xəstəni hava çatışmamazlığı hissi aşırı dərəcədə narahat edir. Bu cür insanların qollarında, üzündə qızarmalar müşahidə olunur. Onların üz nahiyyəsində də tərləmələr olur.

Bu xəstəlikdə ən qlobal problem burunun tutulmasıdır. Bu zaman insan nəfəs ala bilmədiyi üçün yuxuya gedə bilmir. Yuxuya gecənin bir yarısında gedir. Səhər yuxudan oyandıqda özlərini əzgin, yorğun hiss edirlər. Gün ərzində əsəbi olurlar və baş ağrıları onları narahat edir.

Belə xəstələrdə eyni zamanda həmin bu əlamətlərlə yanaşı arterial təzyiqin yüksəlməsini də müşahidə etmək olar. Bu xəstəlik vaxtında müalicə olunmazsa o zaman belə xəstələrdə hipertaniya xəstəliyi, mədənin xora xəstəliyi, neodermit ( qaşınma) xəstəliyi meydana gəlir”.

Aynurə Məmmədova